"Oxuduğum kitabların nağıl qəhrəmanları"

 

İmişli rayon Mərkəzi kitabxanasında "Oxuduğum kitabların nağıl qəhrəmanları" adlı rəsm əsərlərindən ibarət sərgi-müsabiqə keçirilib. 2 saylı orta məktəbin 3-cü sinif şagirdi Sadiq Bədəlzadə 1-ci, 8 saylı orta məktəbdən Vəfa Əzizli 2-ci, 1 saylı şəhər orta məktəbinin 4-cü sinif şagirdi İsmayıl Əmirov 3-cü yerə layiq görülüb. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 7.