“Qarşıma siz çıxın” kitabı təqdim olunub

 

Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanada şair Əşrəf Veysəllinin “Qarşıma siz çıxın” adlı kitabının təqdimat mərasimi keçirilib.

Şair iştirakçılara təşəkkürünü bildirib, gənclik və yaradıcılıq illəri ilə bağlı xatirələrini bölüşüb, şeirlərini oxuyub. Şairlər Əvəz Mahmud Lələdağ, Sabir Sarvan, Rafiq Yusifoğlu, Xatirə Fərəcli, Aftandil Ağbabalı, yazıçı-publisist Eyruz Məmmədov, tənqidçi Vaqif Yusifli və digər çıxış edənlər şairə yeni yaradıcılıq uğurları arzulayıblar. Tədbir müğənni Təhmiraz Şirinovunmuğam üçlüyünün ifasında maraqlı musiqi nömrələri ilə başa çatıb.

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 7.