Bölgələrdə Novruz təntənəsi

 

Martın 14-də Goranboy Dövlət Rəsm Qalereyasında Novruz bayramı münasibətilə sərgi açılıb. Qalereyanın fond mühafizi İlhamə Məmmədovanın sözlərinə görə, sərgidə Novruza, baharın gəlişinə həsr olunmuş 23 əsər nümayiş olunur. Onların arasında yerli rəssamlar Məhərrəm Əkbərinin, Lamiyə Hümbətovanın, tətbiqi sənət ustası Qorxmaz Cəlilovun da işləri yer alıb. Sərginin şəhərdə səyyar keçirilməsi də nəzərdə tutulur.

* * *

Martın 15-də Novruz bayramı münasibətilə Ağstafa şəhərinin Səməd Vurğun adına mədəniyyət və istirahət parkında tədbir keçirilib. Tədbir iştirakçıları öncə parkın qarşısında məktəblilərin və yerli sənətkarların əl işlərindən ibarət sərgini, milli folklorumuzdan nümunələri və idmançıların nümunəvi çıxışlarını izləyiblər.

İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev ilaxır çərşənbə və Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edib. Bayram tonqalı yandırılandan sonra tədbir konsert proqramı ilə davam edib.

Rayon Mərkəzi Kitabxanası tədbirə kitab stendləri ilə qatılıb. KeşikçidağDövlət Tarix-Mədəniyyət Qoruğunun stendi tədbir iştirakçılarının marağına səbəb olub. Burada qoruq ərazisindən arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri sərgilənib. Tarix yadigarları haqqında iştirakçılara məlumat verilib, suallar cavablandırılıb.

* * *

Sumqayıtın Tarixi Muzeyində təşkil olunanSazlı-sözlü Novruzumadlı tədbirdə muzeyin direktoru Olya İslamova, millət vəkili Muxtar Babayev bayram münasibətilə xoş arzularını çatdırıblar. F.Əmirov adına uşaq musiqi məktəbinin müəllimlərinin N.Nərimanov adına Mədəniyyət mərkəzininPöhrəuşaq aşıqlar ansamblının yetirmələrinin ifaları tədbirə xoş ovqat qatıb. Tədbirdə həmçininTürbətMədəniyyət mərkəzinin rəhbəri Xatirə Tapdıqovanın əl işlərindən ibarət sərgisi nümayiş olunub.

* * *

Zərdab rayon Mərkəzi kitabxanasında Novruz şənliyi keçirilib. MKS-nin direktoru Nailə Əliyevanın təbrik sözündən sonra şənliyin aparıcıları Aysel Adilqızı Elnarə Salikova Novruz bayramının tarixi çərşənbələr haqqında məlumat veriblər. Şəhər 2 saylı tam orta məktəb şagirdlərininFincan-fincanoyunu tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 1, 2 3 saylı uşaq bağçalarının körpə fidanlarının ifasında Novruz oyunları, müxtəlif nağılların səhnələşdirilməsi tədbirə coşqu gətirib. Sonda uşaqlara Novruz sovqatı paylanıb.

* * *

Qazax rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsindəNovruzum - əzəli, əbədi bayramımadlı qiraət saatı keçirilib. Tədbirdə şəhər 1, 3 4 saylı məktəblərin şagirdləri iştirak edib. Şöbənin müdiri Firəngiz Abdıyeva Novruz bayramı haqqında məlumat verib. Sonra uşaqlar bayrama həsr edilmiş əsərləri qiraət ediblər.

* * *

Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbində də şənlik keçirilib. Tədbirdə “İlaxır çərşənbə” - Torpaq çərşənbəsi haqqında məlumat verilib, Novruz adətlərindən söz açılıb. Sonra xalq mahnılarından ibarət proqram təqdim olunub. Valideyn və müəllimlərin hazırladığı bayram xonçaları tədbirə xüsusi gözəllik gətirib.

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 7.