Tələbələr “Şekspir yaşayır” festivalının tədris proqramında

 

Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu tələbələri və ADO müstəqil teatr qrupuBritish Council” ilə əməkdaşlıq əsasında kiçik teatr kollektivləri və teatr fakültəsi tələbələri üçün tədris proqramında iştirak ediblər.

10-14 mart tarixində təşkil olunmuş ustad dərsləri Britaniyanın Rouz Bruford kollecinin əməkdaşları Niam Daulinqİrina Braunun rəhbərliyi altında keçirilib. Tədris proqramına universitetin SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova və 10 tələbə qatılıb. Layihə dahi ingilis şairidramaturqu Uilyam Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar həyata keçirilən qlobal tədbirlər proqramı -"Shakespeare Lives" (“Şekspir yaşayır”) festivalı çərçivəsində gerçəkləşib.

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 6.