Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri

 

Məşhur xoreoqraf, Rusiyanın Xalq artisti, 2007-2014-cü illərdə Çeçenistan mədəniyyət naziri işləmiş, xalq-səhnə rəqsi üzrə peşəkar müəllim Dikalu Muzakayev Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib.

Xoreoqrafın ustad dərslərində tələbələrə müasir xalq-səhnə rəqs sənətinin incəlikləri barədə məlumat verilib, onlara müxtəlif xoreoqrafik elementlər və nadir rəqs hərəkətləri nümayiş etdirilərək öyrədilib. Ustad dərsləri akademiyanın müəllim və tələbələrinin böyük marağına səbəb olub.

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 5.