"YARAT” Müasir İncəsənət Mərkəzində konsert proqramı

 

Martın 16-da “YARAT” Müasir İncəsənət Mərkəzinin təşəbbüsü ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İstedad” mərkəzinin Novruz bayramına həsr olunmuş konserti keçirilib.

Xalq artisti, professor Zəhra Quliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərən “İstedad” mərkəzinin şagirdləri, xalq çalğı alətləri ifaçıları və xanəndələr maraqlı proqram təqdim ediblər.

Konsert “YARAT FreeStylelayihəsi çərçivəsində baş tutub. Layihə mütəmadi keçirilən musiqi tədbirləri silsiləsini - canlı ifa musiqi eksperimentləri proqramını təqdim edir.

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 4.