Əsrin bəlasından gəncliyimizi qoruyaq

Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət mərkəzində 3 saylı uşaq musiqi məktəbinin və Şəki Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək, gəncliyimizi qoruyaq” adlı tədbir keçirilib.

Musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova, Şəki Rayon Narkoloji Dispanserinin həkimi Fərzalı Qasımov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək narkomaniyanın bəşəri bir bəla olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmişNarkotik vasitələrin, psixitrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəni tənzimləyən hüquqi baza yaradılıb.

Çıxışlardan sonra Şəki Pedaqoji Kolleci tələbələrinin təqdimatında “Narkomaniya sən-mən tanımır” tamaşasına ictimai baxış keçirilib. Tamaşanın mətn müəllifi və rejissoru Şəmsiyyət Əsgərova, səs rejissorumusiqi-video tərtibatı musiqi məktəbinin müəllimləri Zaur Babayev, Təbriz İbrahimxəlilov və Rahim Abdullayevdir.

 

Yusif Rəhimov,

Şəki

 

Mədəniyyət.- 2016.- 30 mart.- S. 13.