Novruz gəldi, yaz gəldi...

 

Bahar bayramı bölgələrdə çeşidli tədbirlərlə qeyd olunub

 

Bərdə rayonundakı bayram şənliyində qonaqları ilk olaraq aşıqlar və zurnaçılar ansamblı qarşılayıb. Dədə Qorqud iştirakçıları salamlayıb. Mədəniyyət mərkəzinin “Qarabağxalq çalğı alətləri ansamblı bir-birindən maraqlı musiqi nömrələri təqdim edib.

Qarabağ” ansamblı həmçinin Daxili Qoşunların hərbi hissəsində əsgər və zabit heyəti qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. Şəhər 2 saylı uşaq musiqi məktəbi, Kətəlparaq, Divanlı, Kolayır kənd uşaq musiqi məktəblərinin kollektivləri də hərbi hissələrə gedərək xonçasovqatlarla əsgərlərin bayramını təbrik edib, konsert proqramları ilə şəxsi heyətə bayram sevinci yaşadıblar.

* * *

Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxanadaYurdumuza bahar gəlir” mövzusunda musiqili tədbir keçirilib. MKS-nin direktoru Etibarə Babayeva, şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Sahil Hüseynov çıxış edərək xoş arzularını dilə gətirib. Kitabxananın fəal oxucularının ifasında bahar ovqatlı musiqilər, rəqslər ifa olunub, Novruza, çərşənbələrə aid şeirlər, bayatılar səsləndirilib. Şuşa rayon Xanalılar kənd musiqi məktəbinin sazçalanlar qrupunun çıxışı tədbir iştirakçılarına xoş anlar bəxş edib.

* * *

Mingəçevir Turizm Kollecində də Novruz bayramı münasibətilə şənlik təşkil olunub. Kollecin direktoru, professor Əyyub Əyyubov təhsil ocağının kollektivini təbrik edib. Şənlikdə ifa olunan müxtəlif məzmunlu şeirlər, musiqi nümunələri, Novruz qəhrəmanlarını və ənənələrini əks etdirən maraqlı səhnəciklər, milli oyunlar, yarışmalar iştirakçıların marağına səbəb olub.

* * *

Qazax Mədəniyyət mərkəzinin qarşısındakı meydandan M.P.VaqifM.V.Vidadinin qoşa heykəlinin qarşısına qədər olan geniş ərazidə keçirilən bayram tədbiri də rəngli görüntülərlə yadda qalıb. Qazax Dövlət Rəsm Qalereyasının gənc rəssamlarının, mədəniyyət işçilərinin əl işləri, Mərkəzi Kitabxananın tərtib etdiyi sərgi, milli mətbəx nümunələri nümayiş etdirilib. “Göyəzən” instrumental, “Zurnaçılar” və “Aşıqlar” ansambllarının, 1 və 2 saylı uşaq musiqi məktəbinin şagirdlərinin, “Qönçə” rəqs ansamblının maraqlı çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov rayon ictimaiyyətini təbrik edərək bayram tonqalını yandırıb.

* * *

Füzuli Dövlət Dram Teatrı "Bahar gülüşü” adlı bayram proqramı ilə rayonun məktəbəqədər təhsil müəssisələrində, orta məktəblərdə, N saylı hərbi hissədə, idarə və müəssisələrdə çıxış edib. Ssenari müəllifləri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Əfsanə Kərimova olan proqramın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçıları Nizami Süleymanov və Sənan Sevindikzadədir.

* * *

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə gənc və yeniyetmələr tərəfindən “O olmasın, bu olsunmusiqili tamaşası göstərilib. Göytəpə şəhər V.Mürsəlov adına tam orta məktəbin şagirdlərinin təqdim etdikləri tamaşa seyrçilərin bayram əhvalına əlavə rəng qatıb.

* * *

Cəlilabad rayonunun Qarakazımlı kənd diyarşünaslıq evi bayram münasibətilə Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin sərhəd zastavasında xidmət keçən əsgərlər qarşısında konsert proqramı ilə çıxış edib. Əsgərlər bədii-özfəaliyyət kollektivinin ifasında milli rəqs və xalq mahnılarını dinləyib, birlikdə rəqs ediblər.

Qarakazımlı kənd diyarşünaslıq evinin direktoru Bahadur Əliyev hərbçilərə bayram təbriklərini çatdırıb. Sərhəd zastavasının rəhbərliyi tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

* * *

Ağcabədi şəhər mərkəzi stadionunda təşkil olunan şənlikdə minlərlə sakin iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov iştirakçıları bayram münasibətilə təbrik edib. Sonra rəsm, əl işləri müsabiqələri keçirilib. Mədəniyyət və Turizm Şöbəsinin incəsənət məktəbinin kollektivi ilə birgə hazırladığı rəngarəng bayram proqramı böyük maraqla qarşılanıb. Tədbirdə həmçinin çövkən oyunu keçirilib, qalib komandaya kubok və hədiyyələr verilib.

* * *

Salyandakı Heydər Əliyev parkında keçirilən ümumrayon şənliyinin iştirakçıları əvvəlcə xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun bayram təbrikindən sonra “Cəngi” sədaları altında Novruz tonqalı yandırılıb. Bədii özfəaliyyət kollektivləri, aşıqlar və rəqs qruplarının çıxışları, pəhləvanların və kəndirbazların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xalq artisti Bilal Əliyev ifası ilə bayram şöləninə xüsusi rəng qatıb.

* * *

Füzuli rayon Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbinin kollektivi Horadiz şəhər muğam mərkəzində, musiqi məktəblərinin və rayon ictimaiyyətinin qarşısında “Novruz təranələri” adlı konsert proqramı ilə çıxış edib. Konsertdə məktəbin məzunları, Azərbaycan Milli Konservatoriyasının I kurs tələbələri və məktəbin şagirdləri maraqlı ifalarla tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.

* * *

 

Masallıda təşkil olunan ümumrayon şənliyində İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iştirakçıları bayram münasibətilə təbrik edib. Novruz tonqalı yandırıldıqdan sonra Mədəniyyət mərkəzinin musiqi kollektivi möhtəşəm konsert nömrələri və çıxışlarla mərasimə hərarət gətiriblər.

* * *

Biləsuvar rayonunda keçirilən Novruz şənliyində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Mədəniyyət və Turizm Şöbəsinin bədii özfəaliyyət kollektivləri geniş konsert proqramı ilə mərasim iştirakçılarına xoş anlar yaşadıblar. Tədbirdə həmçinin Novruzla bağlı adət-ənənələr, qədim məişət əşyaları, milli kulinariya, dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib.

* * *

Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi, "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyi və YAP Beyləqan Gənclər Birliyinin əməkdaşları ilə birgə Novruz bayramı münasibətilə xeyriyyə marafonu keçiriblər. Şəhərdə yaşayan bir neçə ahıl, kimsəsiz, xəstə və məcburi köçkünə baş çəkilib, bayram sovqatı verilib.

* * *

Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Mədəniyyət mərkəzi, Mərkəzi kitabxana, Xaçmaz-Qışlaq folklor klubu, Xaçmaz diyarşünaslıq eviFilfilli sənətkarlıq klubunun bədii-özfəaliyyət kollektivlərinin üzvləri Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinə Novruz sovqatı aparıb. Əsgərlər mədəniyyət işçilərinin ifasında mahnıları dinləyiblər, “Çobanlar” rəqs qrupunun çıxışı da onlarda xoş əhval yaradıb. Mədəniyyət mərkəzinin direktoru Ş.Mikayılova əsgər və zabitlərimizə xoş arzularını çatdırıb. Sonda hərbi hissənin komandanlığı mədəniyyət işçilərinə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2016.- 30 mart.- S. 11.