“Mədəniyyət.AZ” jurnalının növbəti sayı işıq üzü görüb

 

“Mədəniyyət.AZ” jurnalının fevral sayı çapdan çıxıb. Nəşrin bu sayında ay ərzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə reallaşan görüş, tədbir və layihələr haqqında məlumat verilir.

Jurnalda 21 fevral - Beynəlxalq Ana Dili Günü haqqında, bölünməz vətənin poetik xəritəsi - Zəlimxan Yaqub poeziyası, mədəniyyətimizi dünyada tanıdan azadlıq mücahidi Ceyhun bəy Hacıbəyli, görkəmli tarixçi və şərqşünas, akademik Ziya Bünyadov, zenitdəki istedad - Tahir Salahov, dahi bəstəkarımız Qara Qarayev və digər elm, ədəbiyyat və incəsənət xadimlərinin mənalı həyat yolu və fəaliyyəti ilə bağlı maraqlı yazılar dərc olunub.

Oxucular həmçinin Kamran Nəzirlinin tərcüməsində Belarus yazıçısı Aleks Badakın “İdeal oxucu” hekayəsinin davamını, “İlboyu dəbdə olan turizm istiqaməti - arxeoturizm”, “Yeniliklərlə dolu ali təhsil ocağı - Azərbaycan TurizmMenecment Universiteti”, “Dağ-xizək turizminin beynəlxalq turizmdə yerikimi məqalələri də oxuya bilərlər. Həmişə olduğu kimi jurnalın fevral buraxılışında da gənc tədqiqatçıların araşdırma yazılarına yer verilib.

 

Mədəniyyət.- 2016.- 30 mart.- S. 10.