Rusiya kanalının nümayəndələri Azərbaycanda

 

Ölkəmizin turizm potensialı və mətbəxini əks etdirən film hazırlanacaq

 

Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğidir. Bununla bağlı müxtəlif ölkələrin nüfuzlu kanallarında tanıtım filmləri, verilişlər yayımlanır.

Rusiyanın NTV telekanalında hər həftə yayımlanan “Gedək, yeyək!” (“Poedem, poedim!”) kulinar-etnoqrafik verilişində respublikamızın turizm potensialını və milli mətbəxini əks etdirən filmin nümayişi nəzərdə tutulub.

Bu məqsədlə 28 mart - 1 aprel tarixində Bakı şəhərində və regionlarda çəkilişlərin aparılması üçün verilişin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bakıda çəkilişlər Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və şəhərimizin digər görməli yerlərində, həmçinin Gəncə və Naftalanda, Göygöl rayonunda aparılacaq.

 

Mədəniyyət.- 2016.- 30 mart.- S. 3.