Opera Balet Teatrına məşhur firmanın royalı verilib

Mədəniyyət Turizm Nazirliyi tərəfindən Opera Balet Teatrı üçün dünyanın qabaqcıl musiqi alətləri istehsalçısı «Steinway & sons» firmasının royalı alınıb.

Teatrın baş dirijoru, Xalq artisti Cavanşir Cəfərov bu münasibətlə sevincini bölüşərək deyib: “Bir müddət əvvəl nazirlik tərəfindən teatrın simfonik orkestri üçün aparıcı Avropa firmalarının istehsalı olan musiqi alətləri alınmışdır. Bu qiymətli alətlərdə ifa etmək bütün musiqiçilərin ən böyük arzusudur. Bugünlərdə isə bizə «Steinway & sons» firmasının istehsalı olan royal təqdim edildi. Fəaliyyəti dövründə bizim teatrda heç vaxt bu firmanın royalı olmamışdır. Teatrda tez-tez xarici dirijorlar vokalçılar çıxış edir, yaradıcı kollektivlərimiz sənətçilərimiz musiqi mədəniyyətimizi xaricdə təmsil edir. Teatrımızın yeni musiqi alətləri ilə təchiz edilməsi dövlətin bizə göstərdiyi qayğı diqqətin daha bir təzahürüdür”.ndən teatrın simfonik orkestri üçün aparıcı Avropa firmalarının istehsalı olan musiqi alətləri alınmışdır. Bu qiymətli alətlərdə ifa etmək bütün musiqiçilərin ən böyük arzusudur. Bugünlərdə isə bizə «Steinway & sons» firmasının istehsalı olan royal təqdim edildi. Fəaliyyəti dövründə bizim teatrda heç vaxt bu firmanın royalı olmamışdır. Teatrda tez-tez xarici dirijorlar vokalçılar çıxış edir, yaradıcı kollektivlərimiz sənətçilərimiz musiqi mədəniyyətimizi xaricdə təmsil edir. Teatrımızın yeni musiqi alətləri ilə təchiz edilməsi dövlətin bizə göstərdiyi qayğı diqqətin daha bir təzahürüdür”.

 

Mədəniyyət.- 2016.- 6 may.- S. 5.