“Həyatla oyun” bölgələrdə nümayiş olunub

Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası indiyədək ölkəmizin bir çox bölgələrində, aliorta ixtisas məktəblərində göstərilib.

Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə hazırlanan maarifləndirici tamaşanın məqsədi insanları bəşəriyyətin ən böyük problemlərindən olan narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır.

Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi tamaşa mayın 2-dən 5-dək Oğuz, Qax, Şəki, Balakən və Zaqatala rayonlarında nümayiş etdirilib.

Mədəniyyət.- 2016.- 11 may.- S. 10.