Azərbaycan turizmi: bu gün sabah

Gənc tədqiqatçıların elmi-praktik konfransı

Mayın 7-də Azərbaycan Turizm Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuşAzərbaycan turizmi: bu gün sabahmövzusunda gənc tədqiqatçıların V respublika elmi-praktik konfransı keçirildi.

Konfransın açılışında çıxış edən ATMU-nun rektoru, professor Cəfər Cəfərov diqqətə çatdırdı ki, ənənəvi olaraq may ayının əvvəlindən ali təhsil müəssisəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət dövlət xadimi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilir. Bildirdi ki, bu silsilədə yer alan növbəti konfransda ölkəmizin müxtəlif universitetlərində bakalavr magistr pilləsində təhsil alan bir qrup gənc elmi tədqiqatçının məruzələri dinləniləcək. Rektor gənc tədqiqatçılara uğurlar arzu etdi.

Universitetin turizm biznesi kafedrasının müdiri Bahadur Bilalov ümummilli liderin ölkəmizdə turizmin təşəkkülü, müvafiq infrastrukturun yaradılmasında xidmətlərindən danışdı. Qeyd etdi ki, Heydər Əliyev hələ sovet dövründə Azərbaycanda turizmin inkişafı üçün öz səylərini əsirgəməyib, onun təşəbbüsü ilə bir sıra mühüm layihələr həyata keçirilib.

Konfrans daha sonra öz işiniAzərbaycan turizminin inkişaf xüsusiyyətləri”, “Regionların turizm ehtiyatları”, “Turizmin menecmenti marketinqbölmələrində davam etdirdi. Bölmə iclaslarındaAzərbaycanda daxili turizmin inkişaf istiqamətləri”, “Azərbaycanın tarixi abidələri onların turizmdə istifadəsi problemləri”, “Azərbaycanın Xəzərsahili zonalarında turizmin inkişaf istiqamətləri müasir problemləri”, “Mehmanxana təsərrüfatında animasiya xidmətlərinin rolu”, Bakı-Astara turizm marşrutu boyu Masallı-Lənkaran zonasının turizm imkanları başqa mövzularda məruzələr dinlənildi. Ümumilikdə konfransa 51 məruzə təqdim olunmuşdu.

Konfransın sonunda iştirakçılara sertifikatlar verildi.

Fariz Hüseynov

Mədəniyyət.- 2016.- 11 may. S. 9.