Bakı rusiyalı turistlərin ən çox səfər etdiyi şəhərlər arasında

Rusiyalı turistlərin may ayının əvvəlində ən çox səyahət etdiyi şəhərlərin reytinqi açıqlanıb. Travel.ru saytının məlumatına əsasən, reytinq 30 aprel - 4 may tarixlərində hotel və hostellərdə bronlaşdırmaya əsaslanıb.

Sayt yazır ki, rusiyalı turistlər Bakıda sutka ərzində orta hesabla 3 min rublya 68 manat xərcləyiblər.

Müqayisə üçün qeyd edək ki, qonşu ölkənin turistləri bir sutka ərzində BelarusPolşada 2 min rubl (45 manat), SinqapurLondonda isə 10 min rubl (227 manat) xərcə düşüblər.

Ümumiyyətlə, rusiyalı turistlərin qeyd edilən vaxt kəsiyində ən çox axın etdiyi şəhərlərin ilk onluğu aşağıdakı kimidir: Minsk, Riqa, Praqa, Tallin, Bakı, Vilnüs, Tbilisi, Roma, HelsinkiBelqrad.

Mədəniyyət.- 2016.- 11 may.- S. 9.