Ümummilli liderin xatirəsinə həsr olunmuş tədbir

Mayın 6-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Tarixi Muzeyi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı çıxış edib.

Sonra Teatr Muzeyi tərəfindən hazırlanmış, Heydər Əliyevin mədəniyyətimizə, tariximizə göstərdiyi diqqət və qayğını əks etdirən video-çarx təqdim olunub. Bədii hissədə Bakı Musiqi Akademiyasının, Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbə və şagirdlərinin ifasında əsərlər səslənib. İştirakçılar “İçərişəhər” Tarixi MuzeyininÜmummilli lider Heydər Əliyev” adlı sərgisi ilə də tanış olublar.

Tədbirdə Daxili İşlər Nazirliyi Polis Akademiyasının bir qrup müdavim və müəllim heyəti, Bakı muzeylərinin əməkdaşları iştirak ediblər.

Mədəniyyət.- 2016.- 11 may.- S. 6.