Azərbaycan və Gürcüstan uşaqlarının “Dostluq körpüsü

Musiqi və rəqs kollektivlərinin birgə konsertləri keçirilib

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında və Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına Mədəniyyət sarayında Azərbaycan-Gürcüstan “Dostluq körpüsü” adlı konsert proqramı təqdim olunub. Hər iki tədbir Hacıağa Abbasov adına Mədəniyyət evinin dəstəyi ilə təşkil edilib.

Dost ölkəni paytaxtımızda “Mozaikamüasirbal rəqsləri studiyası, “Bzikebisuşaq vokal studiyası, “Lileo”, “Liaxvi”, “Rtoni”, “Mermisi”, “Lazieri”, “Binuli”, “Orioni” rəqs kollektivləri və ansamblları təmsil ediblər.

Konsertdə “Azərbaycan qartalları” qrupu “Rəngahəngi”, “Qazaxı”, “Lalələr” rəqs kollektivi “Vağzalı”, “Yallı” və 4 nömrəli uşaq incəsənət məktəbinin “Leyla” rəqs kollektiviQarabağ inciləri”, “Şən Azərbaycan” rəqs nömrələrini təqdim ediblər. “Gülən notlarpop uşaq qrupu, “İdeal” rəqs kollektivi, “Meqasqrupu, M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin "Fantaziya" skripkaçılar ansamblı, “AS” qrupunun çıxışları da tamaşaçıların böyük marağına səbəb olub.

Azərbaycan-Gürcüstan “Dostluq körpüsü”ndə iştirak edən hər iki ölkənin bütün kollektivləri diplom və hədiyyələr ilə təltif ediliblər.

Mədəniyyət.- 2016.- 13 may.- S. 10.