Mədəniyyət işçiləri üçün hüquqi-maarifləndirici seminar

Mayın 11-də Şamaxı rayon Heydər Əliyev Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən mədəniyyət işçiləri üçün hüquqi-maarifləndirici seminar keçirilib.

Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəfail Tağızadə, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekan müavini, insan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müəllimi Gülnaz Ələsgərova, Elmi-Metodik Mərkəzin Hüquq sektorunun müdiri Günay Süleymanova və Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Səbuhi Hüseynov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir dövrdə hüquqi-mədəni maarifləndirmə işində yerli normativ aktlarla yanaşı, beynəlxalq öhdəliklərlə bağlı müvafiq sənədlər də diqqətə alınmalıdır. Buna görə də hüquqi maarifləndirmənin daha geniş təbliği mühüm şərtlərdəndir.

Seminarda “Mədəniyyət haqqında” qanun, “Mədəniyyət konsepsiyası” və mədəniyyət sahəsində qəbul edilən digər sənədlərdən düzgün istifadənin təmin edilməsi, ictimai maarifləndirmə işinin genişləndirməsinin vacibliyi vurğulanıb, fikir mübadiləsi aparılıb.

Mədəniyyət.- 2016.- 13 may.- S. 10.