Təmsilçimiz “Eurovision-2016” mahnı müsabiqəsinin finalında

Səmra Rəhimli: “Mənə səs verən, dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm

Mən çox xoşbəxtəm, yəqin ki, qələbə sevincini sabah anlayacağam. Mənə səs verən, dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Finalda qələbə qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Bu sözləri İsveçin paytaxtı Stokholmda Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli yarışmanın birinci yarımfinalından sonra keçirilən mətbuat konfransında söyləyib.

Mayın 11-nə keçən gecəQlobearenada səhnəyə çıxan təmsilçimiz Amir Ali, Jeyk Erikson, Henrik Vikstromun müəllifi olduqları “Miracle” mahnısını ifa edib.

Müğənninin səhnə tərtibatının müəllifi Royn Söderluntdur. Səmra Rəhimlinin ifası 4 bek vokalçı rəqqasın çıxışı ilə müşayiət olunub. Onlardan ikisi - Cesika Marberqen, Vera Prada 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov Nigar Camalla eyni səhnəni bölüşüblər.

Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər səhnə performansında təcəssüm olunur. Mahnının bəstəkarı Amir Ali “Eurovision”da iştirak edən Aleksandr Rıbak, yunanıstanlı Helena Paparizu digərlərinə qələbə qazandıran musiqilərin müəllifidir.

Jurnalistlərin suallarını cavablandıran Səmra Rəhimli bildirib ki, ölkəmi bu mötəbər müsabiqədə təmsil etdiyim üçün qürur duyuram. Çıxışım zamanı yalnız ifa performansım haqqında düşünürəm. Finalda da möhtəşəm şou göstərmək arzusundayam.

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbəsi olan Səmra Rəhimli pop formatında musiqilərin, həmçinin soul, ballada janrlarında mahnıların ifaçısıdır. “O səs TürkiyəSəs Azərbaycanyarışmalarında uğurla iştirak edib.

Mayın 12-də gecəQlobearenada “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. Hər iki yarımfinaldan son mərhələyə 10 ölkə vəsiqə qazanır.Eurovision”un təsisçiləri sayılan beş ölkə - Almaniya, Fransa, Britaniya, İtaliya İspaniya birbaşa finalda iştirak edir. Final konserti mayın 14-də keçiriləcək.

* * *

Onu da qeyd edək ki, bədnam qonşularımız budəfəki “Eurovision” yarışmasında öz xislətlərini göstəriblər. Ermənistan təmsilçisi İveta Mukuçyan birinci yarımfinalda çıxışından sonra qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağı”nı qaldırmaqla təxribata yol verib. Azərbaycan nümayəndə heyəti bu təxribata etirazını bildirib.

Bundan sonra Avropa Yayım Birliyi (AYB) Ermənistan ifaçısının hərəkəti ilə bağlı bəyanat yayıb. Bəyanatda erməni ifaçının hərəkəti pislənilərək bildirilir ki, AYB bu cür hadisələrin “Eurovision” mahnı müsabiqəsinin adına zədələyici təsir göstərəcəyini hesab edir. Nəzarət qrupu qaydalara əsasən Ermənistanın yayım hüququ olan “AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi nəzarət qrupunun bu ilin iyununda keçiriləcək növbəti iclasında müəyyən olunacaq. Bəyanatda o da vurğulanır ki, müsabiqə qaydalarının pozulması ölkənin müsabiqədən kənarlaşdırılması və digər tədbirlərin tətbiqi ilə nəticələnə bilər.

Avropa Yayım Birliyi “Eurovision-2016” finalında bu hadisənin bir də təkrarlanmaması üçün Ermənistan televiziyasına xəbərdarlıq edib. Əgər belə bir hadisə təkrarlanarsa, onlar finalda çıxışdan məhrum olunacaqlar.

Bu sözləri isə “Eurovision-2016” mahnı müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker deyib.

Mədəniyyət.- 2016.- 13 may.- S. 8.