Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ASSİTEJ-in bülletenində

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası - ASSİTEJ-in may ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb.

Bülletendə Gənc Tamaşaçılar Teatrının may ayında həyata keçirdiyi layihələr və beynəlxalq festivallarda iştirakı barədə məlumatlar da əksini tapıb. Bu məlumatlar quruma üzv olan 108 ölkədə yayılır.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrı may ayının əvvəllərində Türkiyənin Trabzon şəhərində keçirilmiş XVII Qara dəniz ölkələri beynəlxalq teatr festivalında M.Vişnekin "Qoca kloun" tamaşası ilə uğurla iştirak edib. Teatrın kollektivi mayın 21-dən iyunun 2-dək bir sıra beynəlxalq festivallarda çıxış edəcək.

Mədəniyyət.- 2016.- 13 may.- S. 7.