Uşaq musiqi və incəsənət məktəblərinə metodiki kömək göstərilib

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən Füzuli rayonunda yerləşən uşaq musiqi və incəsənət məktəblərinə metodiki köməklik göstərilib.

Bu məqsədlə mayın 3-dən 5-dək Elmi-Metodik Mərkəzin Bədii təhsil şöbəsinin baş metodisti Rauf İmanovmetodist Zəbulla Quliyev Füzuli rayonunda fəaliyyət göstərən beş uşaq musiqi məktəbində təlim xarakterli tədbirlər keçiriblər.

Onlar məktəblərdə tədris prosesini izləyib, müəllimlərə ixtisas və nəzəri fənlərin metodikası, tədris prosesinin mövcud normativ sənədlərlə aparılması, məktəblərin, sinif otaqlarının tərtibatı və s. məsələlərlə bağlı zəruri tövsiyələr veriblər. Məktəblərə müxtəlif metodiki vəsaitlər təqdim edilib.

Mədəniyyət.- 2016.- 13 may.- S. 6.