Şair-publisistin yubileyi qeyd olunub

Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü, rayon Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə “Ulu məkan” qəzetinin baş redaktoru, şair-publisist Əli Vahid Çaylının 60 illik yubileyi qeyd olunub.

Şamaxı İncəsənət Təhsili Mərkəzində təşkil olunan mərasimdə filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev yubilyar barədə qısa məlumat verib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova rəhbərlik adından Əli Vahid Çaylıya təbriklərini çatdırıb. Ədəbiyyatşünas-tənqidçi, professorlar Nizaməddin Şəmsizadə, Ziyadxan Nəbibəyli, Saleh Taleh, yazıçı Nazim Tapdıqoğlu, şair Oqtay Rza yubilyarın yaradıcılığından söz açıblar.

Xanəndələr - Xalq artisti Zabit Nəbizadə, əməkdar artistlər Fehruz Səxavət, Zakir Əliyev, aşıq Əhliman, Ağamurad Şirvanlı və başqalarının çıxışları tədbir iştirakçılarına xoş ovqat yaşadıb.

Sonda yubilyar tədbirin təşkilinə görə minnətdarlığını bildirib.

Mədəniyyət.- 2016.- 13 may.- S. 6.