Muzeydə hərbçilərlə görüş

Mayın 11-də Mingəçevir Tarix Muzeyində “İgid əsgər” adlı dəyirmi masa keçirilib. Tədbirdə N saylı hərbi hissənin bir qrup əsgər və zabiti iştirak edib.

Muzeyin direktoru Nofər Məmmədəliyev və hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, mayor Vüsal Məmmədov çıxış ediblər.

Ölkəmizdə ordu quruculuğundan söz açılıb, yüksək əhval-ruhiyyədə olan hərbçilərimizin torpaqlarımızı düşməndən azad etməyə hazır olduqları vurğulanıb.

Sonda muzeyə ekskursiya təşkil olunub.

Mədəniyyət.- 2016.- 13 may.- S. 2.