Tələbə rəssamların sərgisi

Mayın 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərgi təşkil edilib.

Sərgilənən əsərlər müxtəlif texnika və üslubları əhatə edir. Burada rəngkarlıq, qrafika, qobelen, xalça və digər üslublarda portretlər, təbiət və İçərişəhər mənzərələri, müasir memarlığı əks etdirən əsərlər yer alıb.

Sərgidə aprelin 2-də Qarabağda şəhid olmuş ADRA-nın məzunu Samir Kaçayevin heykəltəraşlıq əsərləri də nümayiş olunur. 200-dən artıq əsərin yer aldığı sərgi mayın 18-dək davam edəcək.

Mədəniyyət.- 2016.- 18 may.- S. 16.