Böyük bəstəkarın xatirəsi yad edilib

Azərbaycanın böyük bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı, akademik Qara Qarayevin (1918-1982) əbədiyyətə qovuşduğu 13 may tarixində Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər.

Unudulmaz bəstəkarın məzarı önünə tər çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Görkəmli musiqiçinin tələbəsi, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə və mərasim iştirakçıları unudulmaz müəllimləri barədə xatirələrini bölüşüblər.

Mərasim iştirakçıları Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin, xalq artistləri Tofiq QuliyevinVasif Adıgözəlovun məzarlarını da ziyarət ediblər.

Mədəniyyət.- 2016.- 18 may.- S. 15.