Rafiq Babayevin 80 illik yubileyinə həsr olunmuş konsert

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə R.Babayev adına 25 saylı onbirillik musiqi məktəbi Xalq artisti, görkəmli cazmen Rafiq Babayevin 80 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib. Konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera Orqan Musiqi Zalında keçirilib.

Tədbirdə Xalq artisti, bəstəkar, akademik Arif Məlikov, Mədəniyyət Turizm Nazirliyinin Elm, təhsil gənclərlə şöbəsinin müdiri Yaşar Əliyev, Əməkdar incəsənət xadimi, professor, Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova çıxış edərək Rafiq Babayevin bənzərsiz yaradıcılığından sənət yolundan söhbət açıblar.

Məktəbin müəllim şagird kollektivi konsertdə Q.Qarayev, A.Məlikov, F.Ris, G.Miller, O.Kazımi, R.Babayev, V.Allahverdiyev, P.Axundova digər bəstəkarların əsərlərindən ibarət zəngin proqramla çıxış ediblər.

Tədbirdə gənclər İdman nazirinin müavini İntiqam Babayev, Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, Bakı uşaq musiqi incəsənət məktəblərinin direktorları, mədəniyyət xadimləri iştirak ediblər.

Sonda Rafiq Babayevin ailəsi adından həyat yoldaşı Fəridə Babayeva tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Mədəniyyət.- 2016.- 18 may.- S. 14.