Şəki teatrı Bartında tamaşa göstərib

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə gedib. Mayın 14-də teatr Türkiyənin Bartın şəhərində tanınmış türk dramaturqu Haldun Tanerin “Və dəyirman dönərdi” əsərinin tamaşasını təqdim edib.

Xatırladaq ki, əsər 2015-ci ildə TÜRKSOY-un elan etdiyiHaldun Taner ili” çərçivəsində Şəki teatrının səhnəsində tamaşaya qoyulub. Tamaşa TÜRKSOY və Bartın Mədəniyyət və Turizm İdarəsinin işbirliyi ilə nümayiş etdirilir.

Tamaşanı izləyən Bartın bələdiyyə başqanı Cemal Akın mədəniyyət və incəsənət layihələrinə hər zaman böyük önəm verdiklərini dilə gətirib: “Bartın Mədəniyyət və Sənət Mərkəzimizin binasında bir çox tədbirlər keçirmişik. Bu gözəl tədbir üçün Bartın Jurnalistlər Dərnəyinə və Bartın Əlillər Dərnəyinə ayrıca təşəkkür edirəm. Fəaliyyətimiz bundan sonra da davam edəcək”.ətirib: “Bartın Mədəniyyət və Sənət Mərkəzimizin binasında bir çox tədbirlər keçirmişik. Bu gözəl tədbir üçün Bartın Jurnalistlər Dərnəyinə və Bartın Əlillər Dərnəyinə ayrıca təşəkkür edirəm. Fəaliyyətimiz bundan sonra da davam edəcək”.

Mədəniyyət.- 2016.- 18 may.- S. 13.