Gənc mədəniyyət işçilərinin növbəti regional görüşü

Ağstafa şəhərində Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının mədəniyyət müəssisələrində çalışan işçilərlə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrup” üzvlərinin növbəti regional görüşü keçirilib.

Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasihumanitar məsələlər üzrə müavini Lalə Eyyubova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən söz açıb. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gülgün Kərimov, Mədəniyyətşünasıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev və başqaları çıxış edərək mədəniyyət müəssisələrinin digər sahələrlə inteqrasiyası, mədəniyyətin təbliği və populyarlaşması haqqında fikirlərini bölüşüblər.

Mədəniyyət.- 2016.- 18 may.- S. 11.