Astarada Hüseyn Cavidə həsr olunmuş tədbir

Astara rayon Mərkəzi kitabxanasında Hüseyn Cavidin yaradıcılığı və Azərbaycan ədəbiyyatında rolu ilə bağlı tədbir keçirilib. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov bildirib ki, Cavid ədəbiyyatımızda romantizm ədəbi cərəyanın yaradıcılarından hesab olunur.

Hüseyn Cavidin ev-muzeyinin elmi katibi Natiq Mürsəlov deyib ki, Cavid maarifpərvər mütəfəkkir kimi daim Azərbaycan xalqının gələcəyini düşünüb, mədəni dirçəlişi diqqət mərkəzində saxlayıb. Rayon MKS-nin direktoru Tural Eyvazov ulu öndər Heydər Əliyevin Cavid irsinə sevgisindən, diqqət və qayğısından söz açıb.

Sonda Cavidin ev-muzeyinin elmi katibi ədibə həsr olunan kitabları kitabxanaya hədiyyə edib.

Mədəniyyət.- 2016.- 18 may.- S. 11.