İntellektual oyuna yekun vurulub

Hacıqabul şəhər Folklor klubunda rayon “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Multikulturalizim ili”nə həsr olunmuş Karl Popper formatlı “Debatintellektual oyununun final mərhələsi keçirilib.

Rayonun 16 məktəbinin iştirak etdiyi yarışda 4 saylı tam orta məktəbin “Ana yurdum” komandası I yeri qazanıb, kubokdiplomla mükafatlandırılıb. II yeri 10 saylı orta məktəbin “Üç muşketyor”, III yeri Qarasu kənd orta məktəbin “Bermud” komandası tutub. Pirsaat kənd tam orta və 7 saylı orta məktəbin komandalarına həvəsləndirici mükafatlar verilib.

Mədəniyyət.- 2016.- 18 may.- S. 11.