Sən bir kitab oxu!”

Daha bir neçə şəhər rayonda ənənəvi kitab bayramı keçirilib

Sumqayıt Şəhər Mədəniyyət Turizm İdarəsi S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə Nizami Gəncəvi adına Kitabxana-klubdaSən bir kitab oxu!” şüarı altında kitab bayramı keçirilib.

Balaca oxucular üçün hazırlanmış tamaşalar, əyləncəli viktorinalar, Azərbaycan dünya xalq nağılları əsasında ucadan oxu maraqla qarşılanıb. Kitabxana-klubun rəsm dərnəyi üzvlərinin vətənpərvərlik mövzusunda rəsm əsərləri, “Dostluqmədəniyyət evinin dram dərnəyi üzvlərinin, Mərkəzi kitabxananın Uşaq şöbəsi Mərkəzi uşaq kitabxanası oxucularının ifasında səhnəciklər təqdim olunub.

Fəal oxucular Mədəniyyət Turizm İdarəsinin, Mərkəzi kitabxananın fəxri fərmanları ilə təltif olunublar.

* * *

Samux rayon MKS- kitab sərgisi təşkil olunub. Sərgidə nümayiş etdirilən kitablar arasında ulu öndər Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunmuş nəşrlərə geniş yer verilib. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Mədəniyyət mərkəzinin, təhsil ocaqlarının, bağçaların kollektivləri ictimaiyyət nümayəndələri iştirak ediblər.

* * *

Neftçala rayon Mərkəzi kitabxanasının həyətindəBizi vətən çağırıradlı tədbirdə ulu öndərin həyat fəaliyyəti ilə bağlı kitablar, vətənpərvərlik mövzusuna həsr olunmuş nəşrlərdən ibarət sərgilər foto-stendlər nümayiş etdirilib.

Şagirdlər uşaq bağçasının fidanları vətənpərvər ruhlu şeirlər söyləyib, mahnılar ifa edib, səhnəciklər göstəriblər. 3 saylı orta məktəbin şagirdləri mövzu ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaya görə diplomla təltif olunublar.

Mədəniyyət.- 2016.- 18 may.- S. 10.