Şəkidə rəssamların yaradıcılıq emalatxanası

Mayın 14-də Şəki Dövlət Rəsm Qalereyasının qarşısında, açıq havada rəssamların yaradıcılıq emalatxanası - plener təşkil olunub.

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Bakıdan dəvət olunmuş rəssamlar Namiq İsmayılzadə, Arzu Əsgərov, Ələsgər Kazımov, şəkili rəssamlardan Mənsur Əzizli, Nazim Səmədov, Səbuhi Məmmədov, Asim Məmmədov, Aynur Məsimova, Məmməd Məmmədov, Fuad Əfədiyev və başqaları iştirak ediblər. Plener iştirakçıları müxtəlif rəsmlər (etüd, portrets.) çəkiblər. Uşaq incəsənət məktəbinin şagirdlərinə müəllimləri tərəfindən açıq dərs və ustad dərsləri keçilib.

Tədbirdə həmçinin rəssamların əl işlərinin satış yarmarkası da təşkil olunub. Sərgi-yarmarka yay mövsümü ərzində mütəmadi olaraq keçiriləcək.

Mədəniyyət.- 2016.- 18 may.- S. 11.