Dünya Turizm Təşkilatının fəxri baş katibi ATMU-nun fəxri doktoru olub

Mayın 16-da Azərbaycan TurizmMenecment Universitetinin (ATMU) elmi şurasının iclasında Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) fəxri baş katibi Françesko Franjialliniyə ali məktəbin fəxri doktoru adının verilməsi barədə qərar qəbul olunub.

1947-ci ildə Parisdə anadan olan Françesko Franjiallini 1986-1989-cu illərdə Fransanın Milli Turizm İdarəsinə başçılıq edib. 1990-1996-cı illərdə Dünya Turizm Təşkilatında baş katibin müavini, 1997-2009-cu illərdə isə həmin təşkilatın baş katibi olub.

F.Franjiallini DTT-də baş katib vəzifəsində işlədiyi müddətdə Azərbaycanın quruma üzvlüyünə dəstək olub, bir neçə dəfə ölkəmizə səfər edib və ölkə rəhbərliyi səviyyəsində qəbul edilib. Onun 2016-cı il 17-21 may tarixində Bakıya səfəri gedişində ATMU tələbələrinə “Dünya ticarətində turizmin rolu”, “Turizm sektorunda böhranturizmin yerlimilli səviyyədə təşkili” və s. mövzularda məruzələr oxuması nəzərdə tutulur. Qonağa fəxri doktor diplomu 20 mayda təqdim olunacaq.

Mədəniyyət.- 2016.- 18 may.- S. 9.