Xan Şuşinski adına III respublika muğam festivalı

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən bədii təhsil müəssisələrinin şagirdləri arasında Xan Şuşinski adına III respublika muğam festivalı təşkil olunub. Görkəmli muğam ifaçısı Xan Şuşinskinin 115 illiyinə həsr olunmuş festivalın məqsədi ustad sənətkarın muğam ifaçılığı üslubunun təbliğ olunması, eləcə respublikada muğam təhsilinin inkişafı, istedadlı uşaq gənclərin aşkara çıxarılması dəstəklənməsidir.

Festival iştirakçılarının dinlənilmələri 13-17 may tarixində Bakı şəhəri V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbində keçirilib.

İki qrup üzrə (I qrup - uşaq musiqi, incəsənət məktəblərinin II-V sinif şagirdləri; II qrup - musiqi məktəblərinin VIII-XI sinif şagirdləri musiqi kolleclərinin tələbələri) keçirilir. Festivala uşaq musiqi, incəsənət məktəblərindən, musiqi humanitar kolleclərdən 220-dək uşaq gənc qatılıb.

İştirakçıların çıxışlarını Azərbaycan Milli Konservatoriyasının müəllimləri - xalq artistləri Aygün Bayramova (sədr), Gülyaz Məmmədova, Zabit Nəbizadə, Əməkdar artist Firuz Səxavət Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyevadan ibarət münsiflər heyəti qiymətləndirib.

Festivalın mükafatlandırma mərasimi yekun konserti mayın 27-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Mədəniyyət.- 2016.-  18 may.- S. 7.