Musiqili Teatrın direktoru beynəlxalq müsabiqənin münsiflər heyətində

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev mayın 16-da Rusiyanın Yekaterinburq şəhərində başlanan SSRİ Xalq artisti Vladimir Kuroçkin adına gənc operettamüzikl artistlərinin VI beynəlxalq müsabiqəsində münsif kimi iştirak edir. Rusiyanın Xalq artisti Viktor Krivonosun rəhbərlik etdiyi münsiflər heyətində Rusiya, Fransa, AlmaniyaBelarusun musiqili teatr xadimləri də yer alıb.

Vokal və səhnə sənəti” nominasiyasında keçirilən yarışmada 35 yaşadək gənclər iştirak edir. Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında keçirilən müsabiqə mayın 21-dək davam edəcək.

Mədəniyyət.- 2016.- 18 may.- S. 5.