“Dağıstanla turizm əməkdaşlığı müzakirə edilib

Xəbər verdiyimiz kimi, ötən həftə Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycanda mədəniyyət günləri keçirilib.

Mayın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət günləri ilə bağlı Bakıya gələn Dağıstan Respublikasının turizmxalq bədii sənətkarlıq naziri Maqamed İsayev ilə görüşüb. Görüşdə turizm və mədəni əlaqələrin inkişafı, bu sahədə daha sıx əməkdaşlığın qurulması barədə fikir mübadiləsi aparılıb.

Əbülfəs Qarayev Rusiya Federasiyasının Dağıstan Respublikasından turist axının artırılması istiqamətində bir sıra işlərin görülməsinin vacibliyini qeyd edib. Azərbaycan-Dağıstan sərhədində turistlərin gəlişinin asanlaşdırılması üzrə məsələlər müzakirə edilib. Həmçinin, qış turizmi mövsümündə turistlərin cəlb olunması barədə söhbət açılıb, bu baxımdan Qusar rayonunda yerləşən “ŞahdağTurizm Mərkəzinin geniş potensialının olduğu vurğulanıb.

Dağıstanın turizmxalq bədii sənətkarlıq naziri müzakirə edilən məsələlərin əhəmiyyətini vurğulayaraq ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlərin görüləcəyini qeyd edib.

Mədəniyyət.- 2016.- 18 may.- S. 4.