Bəstəkarlar İttifaqının sədri muzeyin qonağı olub

Mayın 17-də LeopoldMstislav Rostropoviçlərin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirilib.

Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova açaraq görkəmli bəstəkarın Azərbaycan musiqi sənətinə töhfələrindən, ölkəmizi dünyada tanıdan yaradıcılığından danışıb. Qeyd edib ki, Firəngiz Əlizadə bir çox nüfuzlu mükafatlara, UNESCO-nunSülh artisti” fəxri tituluna layiq görülüb, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib. Onun bir sıra festival, konsertmusiqi forumlarının təşkilatçısı və bədii rəhbəri kimi xidmətləri də diqqətəlayiqdir.

Şeyla Heydərova bəstəkarın yaradıcılığında janr müxtəlifliyini, xüsusilə violonçel üçün yazdığı “Habilsayağı”, “Aşk havası”, “Yanar dağ”, Mstislav Rostropoviçə ithaf etdiyiOyan!” əsərlərini, habelə “İntizar” operasını vurğulayıb.

Bildirilib ki, F.Əlizadənin əsərlərində Şərq və Qərb musiqisinin sintezi hiss olunur. Bəstəkarın məşhur əsərlərindən biri violonçelsimfonik orkestr üçün konserti - “Mərsiyə” əsəridir. Dünyanın möhtəşəm konsert salonlarında səsləndirilən əsər 2016-cı il üçün Azərbaycanın Dövlət mükafatına təqdim edilib.

Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva, musiqişünasjurnalist Raya Abbasova F.Əlizadənin sənətindən danışıblar, onu Azərbaycanın novator bəstəkarı adlandırıblar. Sonda çıxış edən F.Əlizadə “Mərsiyə” əsəri barədə məlumat verib, tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

Mədəniyyət.- 2016.- 18 may.- S. 4.