Milli Azərbaycan Tarixi Muzeyində multikulturalizm üzrə seminar

 

Milli Azərbaycan Tarixi MuzeyindəAzərbaycanda multikulturalizm: tarixi, mahiyyəti əsas xüsusiyyətlərimövzusunda növbəti seminar keçirilib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva digər çıxış edənlər ölkəmizdə multikulturalizm mühiti, bu sahədə dövlət siyasətindən söhbət açıblar.

Multikulturalizmin mahiyyəti hüquqi əsasları”, “Multikulturalizm çərçivəsində erməni ziyalılarının yaradıcılığında azərbaycanlılara münasibət (XIX əsrin sonu - XX əsrin əvvəli)”, “Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti əsas xüsusiyyətlərimövzularında çıxışlar dinlənilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Sərraf HüseynovAzərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarıkitabı haqqında məlumat verib bu cür nəşrlərin Azərbaycan multikulturalizminin əsaslarını öyrənmək baxımından əhəmiyyətini vurğulayıb. O, kitabın bir nüsxəsini muzeyə hədiyyə edib.

Mədəniyyət.- 2016.- 20 may.- S. 15.