Şamaxıda rəssamların sərgi-yarmarkası

Şamaxı şəhərindəki Heydər Əliyev parkında rayonda fəaliyyət göstərən rəssamların, İncəsənət Təhsili Mərkəzinin rəssamlıq şöbəsi müəllimlərinin və şagirdlərinin əl işlərindən ibarət sərgi-yarmarka təşkil edilib. Sərgi Azərbaycan Dövlət Rəsm Qalereyası və Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir çərçivəsində Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, rəssamlar Ələsgər Kazımov, Arzu Əsgərov və Namiq İsmayılov Şamaxı İncəsənət Təhsili Mərkəzinin müəllim və şagirdlərinə ustad dərsi keçiblər.

Mədəniyyət.- 2016.- 20 may.- S. 11.