“Vətən bizi səsləyir”

Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Rəsul Rza adına Mədəniyyət mərkəzində “Vətən bizi səsləyir” adlı şeir müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi gənclərdə hərbi-vətənpərvərlik hissini yüksəltmək, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, xüsusi istedada malik gəncləri üzə çıxarmaqdır.

İki gün davam edən müsabiqədə rayonun 40-dan çox məktəbindən IX-XI sinif şagirdləri iştirak ediblər. Üç turdan ibarət olan müsabiqənin finalında şəhər 7 saylı orta məktəbin X sinif şagirdi Dilşad İbrahimova I, Potu kənd orta məktəbin IX sinif şagirdi Müjgan Vəzirova II, Ulaşlı-Şıxlı kənd orta məktəbinin XI sinif şagirdi Həbib Qaçayev III yerə layiq görülüb. Daha 7 nəfər müsabiqədə fəal iştiraklarına görə fəxri fərmanlarla təltif ediliblər.

Mədəniyyət.- 2016.- 20 may.- S. 11.