Balaca musiqiçinin uğuru

Xəbər verdiyimiz kimi, İstanbulda 11-ci Beynəlxalq Pera Fortepiano Festivalı keçirilib. Müxtəlif ölkələrdən 100-dək gənc musiqiçinin qatıldığı sənət bayramında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin II sinif şagirdi Münəvvər Əliyeva da iştirak edib. Onun ifa proqramına Bax, Çerni, Bethoven, ŞopenRoulinin əsərləri daxil idi. Balaca musiqiçi ifası ilə münsiflərin rəğbətini qazanıb. Çətin proqramın öhdəsindən böyük məharətlə gələn Münəvvər Əliyeva iyunda Stokholmda keçiriləcək müsabiqəyə dəvət alıb.

Mədəniyyət.- 2016.- 20 may.- S. 10.