Uşaq musiqi məktəbi heyətinin Türkiyə və Gürcüstana səfəri

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Abşeron rayon Xırdalan şəhər uşaq musiqi məktəbinin şagird və müəllimlərindən ibarət heyəti 10 may - ümummilli lider Heydər Əliyevin doğum günü, 19 may - Atatürkü Anma, Gənclik və İdman Bayramı və 28 may - Respublika Günü ilə əlaqədar Türkiyənin Bahçeşehir Universitetində keçirilən tədbirə qatılıb. 18-20 may tarixini əhatə edən səfər zamanı kollektiv tədbirdə konsert proqramı ilə çıxış edib.

Musiqi məktəbi Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə əməkdaşlıq əlaqələrini də davam etdirir. Nazirliyin dəstəyi ilə məktəbin müəllim və şagirdləri Respublika Günü və Beynəlxalq Muzeylər Günü ilə əlaqədar 21-22 may tarixində TbilisiMarneuli şəhərlərində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Mədəniyyət.- 2016.- 20 may.- S. 8.