Rusiyalı professorun Bakıda ustad dərsi

Mayın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Sankt-Peterburq Musiqi Liseyinin direktoru, fortepiano ixtisası üzrə professor Vitali Romanov ustad dərsi keçib. Görüş paytaxtımızda reallaşdırılan “Bakıda Sankt-Peterburq görüşləri” adlı silsilə mədəni-maarif aksiyaları çərçivəsində baş tutub.

Ustad dərsində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nərgiz Əliyeva, T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Ayan Aslanova, Zərqələm MehdiyevaG.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Həşim Həşimov və Məryəm Vəliyevanın fortepianoda ifaları dinlənilib. Onların ifalarını rəğbətlə qarşılayan Vitali Romanov ustad tövsiyələri verib.

Mədəniyyət.- 2016.- 20 may.- S. 5.