Lahıc misgərlik sənəti ilə bağlı qısametrajlı film hazırlanır

Azad Gənclər” İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qədim xalq sənəti - misgərlik” adlı layihə həyata keçirir. Layihə çərçivəsində ötən il UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Lahıc misgərlik sənətinin gənclərə daha yaxından tanıdılması, Azərbaycan misgərlik sənətinin tarixi haqqında təbliğat işlərinin aparılması məqsədilə qısametrajlı film hazırlanır. Filmdə misgərlik sənətinin tarixi, bu sənətlə məşğul olan nəsillər, misgərlik sənətinin incəlikləri haqqında ustadlar tərəfindən ətraflı məlumat veriləcək.

Mədəniyyət.- 2016.- 20 may.- S. 3.