“Dünəndən bugünə” sənət sərgisi

Mayın 20-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı (ARİ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Miras İctimai Birliyinin təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda “Dünəndən bugünə” adlı sərgi keçirildi.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov giriş sözündə sərgi haqqında məlumat verdi. Vurğuladı ki, sərgidə əsasən orta və gənc nəsil Azərbaycan rəssamlarının əsərləri nümayiş olunur.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov gənclərin sənətə olan yaradıcı münasibətini yüksək qiymətləndirdi, sənət ənənələrimizin qorunduğunu bildirdi. ARİ-nin katibi, Xalq rəssamı Səlhab Məmmədov iştirakçıların müxtəlif mövzulara müraciət etmələrini yaradıcılıq uğuru kimi dəyərləndirdi.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev daha çox gənc rəssamların əsərlərinin yer aldığı sərgini ümidverici adlandırdı.

Sərginin təşkilatçısı, ADMİU-nun tələbəsi Şəbnur Pənahlı “Dünəndən bugünə” sərgisinin yaranma ideyasından söz açdı.

Sərgidə incəsənətin rəngkarlıq, qrafika, fotoqrafiya, kukla, heykəl, şəbəkə, tikmə, xalça, geyims. sahələri üzrə 300-ə yaxın nümayiş olunur. 200-dən çox müəllifin iştirak etdiyi sərgi mayın 26-dək davam edəcək.

S.Soltanlı

Mədəniyyət.- 2016.- 25 may.- S. 16.