ATMU-nun ikinci fəxri doktoru

“Hər zaman Azərbaycanın və ATMU-nun yaxın dostu olacağam

Xəbər verdiyimiz kimi, Azərbaycan TurizmMenecment Universitetinin (ATMU) elmi şurasının mayın 16-da keçirilən iclasında Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) fəxri baş katibi Françesko Franjialliniyə ali məktəbin fəxri doktoru adının verilməsi barədə qərar qəbul olunub. Mayın 20-də ATMU elmi şurasının iclasında fəxri doktor adının təqdimatı keçirilib.

İclasda çıxış edən rektor Cəfər Cəfərov bildirib ki, 2011-ci il noyabrın 16-da Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaiyə beş yaşlı tədris ocağının ilk fəxri doktoru adı təqdim olunub. Bu il isə 10 yaşını qeyd edən ali məktəbin ikinci fəxri doktoru adına isə DTT-nin fəxri baş katibi F.Franjiallini layiq görülüb.

Sonra qonaq haqqında məlumat verilib. Bildirilib ki, 1947-ci ildə Parisdə anadan olan Françesko Franjiallini 1986-1989-cu illərdə Fransanın Milli Turizm İdarəsinə rəhbərlik edib. 1990-1996-cı illərdə Dünya Turizm Təşkilatı baş katibinin müavini, 1997-2009-cu illərdə isə təşkilatın baş katibi olub. İqtisadiyyat, ictimai hüquq siyasi elmlər, statistik bazar araşdırmaları sahəsində çoxsaylı tədqiqatların məqalələrin müəllifidir. F.Franjiallini DTT- baş katib vəzifəsində işlədiyi müddətdə Azərbaycanın quruma üzvlüyünə dəstək olub, bir neçə dəfə ölkəmizə səfər edib ölkə rəhbərliyi səviyyəsində qəbul edilib.

Mərasimdə çıxış edən F.Franjiallini ali təhsil ocağının elmi-şurasına təşəkürünü bildirib. Hər zaman Azərbaycanın ATMU-nun yaxın dostu olacağını deyən qonaq bilik çoxillik peşə təcrübəsini universitetin müəllim heyəti tələbələri ilə bölüşməyə daim hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, 17-21 may tarixində Bakıya səfər edən F.Franjiallini ATMU tələbələrinəDünya ticarətində turizmin rolu”, “Davamlılıq məfhumunun turizmdə tətbiqi”, “Turizm sektorunda böhran turizmin yerli milli səviyyədə təşkili s. mövzularda mühazirələr oxuyub.

Mədəniyyət.- 2016.- 25 may.- S. 9.