Bakı rusiyalı turistlərin yay səyahəti üçün ilk beşlikdə yer alıb

Rusiyanın “Travel.ru” saytının məlumatına əsasən, Bakı şəhəri 2016-cı ildə yay səyahəti üçün rusiyalı turistlərin seçdikləri şəhərlər arasında ilk beşlikdə yer alıb.

Reytinqə əsasən, iyunun 1-dən avqustun 31-dək turistlər üçün mehmanxana, mənzil tipli mehmanxana və sərbəst səyahətə görə bron edilən yerlər üzrə təyin edilib.

Hazırda rusiyalı turistlər üçün Bakı və Minsk ən aşağı büdcəli paytaxt (yaşamaq üçün sutkada orta hesabla 45 avro), London isə ən bahalı paytaxt (orta hesabla 200 avro) sayılır. Top onluğa Praqa, Minsk, Paris, Riqa, Bakı, Tallin, Roma, Barselona, Helsinki London daxildir.

Mədəniyyət.- 2016.- 25 may.- S. 9.