İctimaiyyətin və turizm sənayesinin nəzərinə

Son zamanlar ölkəyə gələn turistlərin sayı artmaqdadır. Xüsusən qarşıdan gələn yay mövsümündə turizmin bir neçə seqmenti üzrə müxtəlif ölkələrdən turist qruplarının səfəri planlaşdırılır. Eləcə də 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula 1” yarışlarını izləmək üçün xarici qonaqların ölkəmizə gəlməsi gözlənilir.

Mədəniyyət və Turizm Nazirliyi turistlərə yeni xidmətlərin təşkili üçün turizm müəssisələri ilə birgə layihələri davam etdirir.

Bu layihələrdən bir də Bakı Turizm İnformasiya Mərkəzinin təşkil etdiyi şəhər turu layihəsidir. Gün ərzində 3 iritutumlu avtobusla şəhər ərazisində 2 saatlıq xüsusi marşrut üzrə tur təşkil olunur.

Bununla yanaşı, Bakı Turizm İnformasiya Mərkəzi hər biri 20 nəfər tutumu olan 3 “Mercedes Sprinter” mikroavtobusları ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Qala Tarixi-Etnoqrafiya Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya səfərləri təşkil edir.

Ətraflı məlumat üçün baku-city.tour@mail.ru email ünvanına və (+994 55) 746 99 49, (+994 12) 498 12 44 nömrələrinə zəng edə bilərsiniz.

Mədəniyyət.- 2016.- 25 may.- S. 9.