ŞahdağTurizm Mərkəzinin saytı “NETTY 2016” mükafatına layiq görülüb

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olanŞahdağTurizm Mərkəzinin www.shahdag.az saytı “NETTY 2016” Azərbaycan Milli İnternet Mükafatı müsabiqəsində “Azərbaycan” nominasiyası üzrə ilin ən uğurlu veb-səhifəsi seçilib. Müsabiqə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir.

İl boyu fəaliyyət göstərən “ŞahdağTurizm Mərkəzinin internet səhifəsində müvafiq olaraq yay və qış rejimləri mövcuddur. Saytda turizm mərkəzinin layihəsi, gələcək planlar, ərazidəki hotellər, əyləncə xidmətləri, kanat yolları, restoran və kafelər, spa və sağlamlıq xidmətləri və digər xidmətlər haqqında ətraflı məlumat almaq, həmçinin canlı veb-kameralar vasitəsilə Şahdağ yamaclarını izləmək, 360 dərəcəlik virtual turlar vasitəsilə hotellərlə tanış olmaq mümkündür.

Azərbaycan, ingilisrus dillərində fəaliyyət göstərən saytda hotellərin, xizək abunə kartının, xizək məktəbinin və təlimçilərin, spa xidmətinin, eləcə də müxtəlif əyləncə xidmətlərinin onlayn bronlaşdırılması və ödəniş edilməsi xidməti də təklif olunur.

Mədəniyyət.- 2016.- 25 may.- S. 9.