Turistlər və paytaxt sakinləri üçün yeni layihə

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı həftənin şənbə və bazar günləri axşam saatlarında şəhərimizin sakinləri və paytaxtımızın qonaqlarının asudə vaxtlarının səmərəli və maraqlı təşkili məqsədilə yeni layihəyə start verib.

Mayın 22-23-də tamaşaçılara Tofiq İsgəndərlinin iştirakı ilə “İlluziya şousu, Niyaz Qasımovun aparıcılığı ilə əyləncəli oyunlar və teatrın bədii rəhbəri İntiqam Soltanın quruluşunda “Göyçək Fatma” tamaşaları nümayiş etdirilib.

Yay aylarında açıq havada hər həftəsonu, şənbə günü saat 19-dan 21-dək Səbail rayonunda yerləşən Xaqani bağında (Malakan bağı) teatrın repertuarında olan maraqlı tamaşalar nümayiş etdiriləcək, balacalar üçün müxtəlif əyləncəli oyunlarşoular təşkil olunacaq.

Mədəniyyət.- 2016.- 25 may.- S. 8.