Yekaterinburqdan mükafatla

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Aydan Həsənova mayın 16-dan 21-dək Rusiyanın Yekaterinburq şəhərində SSRİ Xalq artisti Vladimir Kuroçkin adına gənc operettamüzikl artistlərinin VI beynəlxalq müsabiqəsində iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu mötəbər sənət yarışmasına qatılan gənc aktrisa dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” əsərindən Gülçöhrənin ariyasını ifa edərək III mükafata layiq görülüb.

Qeyd edək ki, operettamüzikl çərçivəsində “vokal və səhnə sənəti” nominasiyasında keçirilən müsabiqədə Rusiyadanxarici ölkələrdən 35 yaşınadək gənclər iştirak ediblər.

Mədəniyyət.- 2016.- 25 may.- S. 6.